Regional əməkdaşlıq istiqamətində faydalı və səmərəli məsləhətləşmələr apardıq
https://parstoday.ir/azeri/news/iran-i14262-regional_əməkdaşlıq_istiqamətində_faydalı_və_səmərəli_məsləhətləşmələr_apardıq
İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakının nəticə və nailiyyətlərini şərh edərkən keçirdiyi görüşləri və regional əməkdaşlıq istiqamətində aparılan məsləhətləşmələri faydalı və səmərəli qiymətləndirib.
(last modified 2026-09-02T06:32:13+00:00 )
Sen 02, 2026 10:29 Asia/Baku
  • Regional əməkdaşlıq istiqamətində faydalı və səmərəli məsləhətləşmələr apardıq

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakının nəticə və nailiyyətlərini şərh edərkən keçirdiyi görüşləri və regional əməkdaşlıq istiqamətində aparılan məsləhətləşmələri faydalı və səmərəli qiymətləndirib.

Pezəşkiyan: Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzvləri İrana təcavüzü qəbuledilməz hesab ediblər

 

“Pars Today”in “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İran Prezidenti Məsud Pezeşkian çərşənbə axşamı Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı Sammitində iştirakını başa vurarkən bildirib ki, sammit çərçivəsində çox yaxşı görüşlər və müzakirələr keçirilib.

 

O qeyd edib ki, ŞƏT və “Şanxay Plus” sammitlərində İran İslam Respublikasının regionda baş verən hadisələr və yaranmış problemlərlə bağlı mövqeyi, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının və üzv ölkələrin məsuliyyətləri ətraflı şəkildə açıqlanıb.

 

İran Prezidenti əlavə edib ki, sammitin yekun bəyanatında Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri istisnasız olaraq İrana qarşı təcavüzü qəbuledilməz hesab edib, təcavüzkarı pisləyib və dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.

 

Pezeşkian sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərə də toxunaraq bildirib ki, səfər zamanı bir sıra prezident və dövlət başçıları ilə birbaşa danışıqlar aparılıb və bu müzakirələr çox konstruktiv keçib.

 

Onun sözlərinə görə, görüşlərdə iqtisadi, sosial və siyasi əlaqələrin genişləndirilməsi məsələləri də əsas müzakirə mövzularından olub.

 

Pezeşkian vurğulayıb ki, bütün tərəflər mövcud problemlərin aradan qaldırılması üçün İrana yardım göstərəcəklərinə söz veriblər. İran İslam Respublikası da öz növbəsində bu ölkələrə dəstək verəcək ki, birgə əməkdaşlıq nəticəsində regionda sülh və təhlükəsizliyi təmin etmək mümkün olsun.