Liderler ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
https://parstoday.ir/azeri/news/iran-i14594-liderler_ikitərəfli_əməkdaşlığın_genişləndirilməsini_müzakirə_ediblər
İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində görüşərək ikitərəfli münasibətlərin inkişafını, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini və regionda sabitliyin təmin olunmasını müzakirə ediblər. Tərəflər mövcud münaqişələrin diplomatik yollarla həllinin və regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
(last modified 2026-10-09T17:00:54+00:00 )
Okt 09, 2026 20:57 Asia/Baku
  • Liderler  ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində görüşərək ikitərəfli münasibətlərin inkişafını, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini və regionda sabitliyin təmin olunmasını müzakirə ediblər. Tərəflər mövcud münaqişələrin diplomatik yollarla həllinin və regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Türkmənistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti və Xəzər dənizinin ətraf mühit məsələlərinə həsr olunmuş toplantı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb və fikir mübadiləsi aparıb.

 

Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı üçün mövcud olan geniş imkanlara toxunan Pezeşkian İran və Ermənistan arasında əməkdaşlıq üçün çoxsaylı sahələrin olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

İran Prezidenti iki ölkə arasında koordinasiyanın, qarşılıqlı dəstəyin və davamlı əlaqələrin vacibliyini qeyd edərək bildirib ki, əməkdaşlıq və uzlaşma nə qədər güclənsə, qarşılıqlı etimadın möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ikitərəfli münasibətlərin inkişafı üçün bir o qədər əlverişli şərait yaranacaq.

 

Pezeşkian ikitərəfli münasibətlərdə sabitliyin qorunmasının vacibliyini vurğulayıb və İranın müxtəlif sahələrdə Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan da öz növbəsində ikitərəfli münasibətlərin bütün səviyyələrdə möhkəmləndirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb. O, İrəvanın mövcud münaqişələrin diplomatik yollarla başa çatdırılmasının tərəfdarı olduğunu bildirib.

 

Paşinyan bölgədə mövcud vəziyyətin davam etməsini regionun maraqlarına zidd hesab etdiyini qeyd edib və yaxın gələcəkdə regionda sabitliyin bərqərar olacağına ümidvar olduğunu bildirib.