Qanunusuz qruplar İran yaxinliğinda silaha malik ola bilməzlər!
(last modified Fri, 22 Sep 2023 11:11:35 GMT )
Sen 22, 2023 15:11 Asia/Baku
  • Qanunusuz qruplar İran yaxinliğinda silaha malik ola bilməzlər!

Rəisi: İran sərhədi yaxınlığında heç bir qanunsuz silahlı qrupun silaha malik olmaq haqqı yoxdur.

İran prezidenti 31 şəhrivər, müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə keçirilən Silahlı Qüvvələrinin paradında deyib:

İran sərhədi yaxınlığında heç bir qanunsuz silahlı qrupun silaha malik olmaq haqqı yoxdur və iqlim daxilində və ya başqa yerdə İrana qarşı heç bir separatçı qrupa fitnə törətmək icazəsi veməyəcəyik.

 Ayətullah Seyid İbrahim Rəisi bu gün səhər müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə keçirilən silahlı qüvvələrin parad mərasimində bildirib ki, müqəddəs müdafiənin bir çox dərsləri və yadda qalan təzahürləri olub.

Müqəddəs müdafiə Allah-Taala yolunda müqavimət göstərmək, Allah-Taala yolunda hərəkət etmək, xalislik və Allaha inam təzahürü idi- deyə, İran prezidenti söyləyib.

İran İslam Respublikası prezidenti sonra deyib: İştirakları problem və böhran yaradan olan əcnəbi silahlı qüvvələrin əksinə olaraq, İran qüvvələrinin regionda və Fars Körfəzi bölgəsində iştirakı təhlükəsizlik yaradandır.

Rəisi vurğualyıb: Silahlı qüvvələrin qüdrəti və xalqın müşayiəti səbəb olub ki, düşmənlər hərbi təcavüzdən bir söz deməsinlər və bu seçim onların ifadələrindən silinibdir.

O, əlavə edib: Bizim silahlı qüvvələrimiz regiondakı geopolitikada hər hansı dəyişikliyin qarşısını alırlar. Bu işdə də müvəffəq olublar.

İran prezidenti söyləyib: Azərbaycan-Ermənistan bölgəsində Qarabağ Azərbaycan bölgəsidir və bu məsələdə mübahisə yoxdur. Amma təkid edirik ki, mütləq ermənilərin hüquqları qorunmalıdır və ermənilərin vəziyyətinə riayət, bir zərurətdir. Belə ki, bölgədə ermənilərin təhlükəsizlik və hüquqları və sərhədlərin vəziyyəti tamamilə qorunmalıdır.

 

Rəisi vurğulayıb: İraq bölgəsilə bağlı, İran sərhədlərində silahlı qrupların tərkisilah edilmələrinin başlanması, İraq hökumətinin başlatdığı müsbət bir hərəkətdir.

 İran sərhədi yaxınlığında heç bir bir separatçı qrupun silaha malik olmaq haqqı yoxdur və iqlim daxilində və ya başqa yerdə İrana qarşı heç bir separatçı qrupa fitnə törətmək icazəsi veməyəcəyik. Buna görə, sərhəd ətrafındakı qanunsuz silahlıların tam şəkildə tərkisilah edilmələri barədə əminliyin əldə olunması zəruridir.

İran İslam Respublikası prezidenti həmçinin bildirib ki, sionist rejimlə münasibətlərin normallaşdırılması region ölkələri üçün təhlükəsizlik yaratmayacaq.

O, deyib: Region xalqları sionist rejimə nifrət edirlər və bu qəsbkar rejimlə münasibətlərin normallaşdırılması, Fələstin xalqına və müqavimət mehvərinə vurulan bir xəncərdir.

Bu gün 2023-cü il sentyabrın 22-si, İraqın bəəs rejiminin İran İslam Respublikasına qarşı icbari müharibəyə başlamasının ildönümü gününə təsadüf edir.

Bir həftə ərzində Tehranı fəth edəcəyini təsəvvür edən Səddam rejiminn təcavüzkar ordusu 1359-cu günəş ili şəhrivərin otuz birində, yəni 1980-ci il sentyabrın iyirmi ikisində müxtəlif silah növlərindən istifadə ilə İrana qarşı geniş hücuma keçdi.

Otuz bir şəhrivər, İranın münasibətlər təqvimində müqəddəs müdafiə həftəsinin başlanğıc günü sayılır və bu həftə-də İslami İranda müxtəlif mərasimlər keçirilir.