“Fələstin bu qeyri-bərabər döyüşün qəti qalibidir”
(last modified Mon, 18 Dec 2023 08:40:26 GMT )
Dek 18, 2023 12:40 Asia/Baku
  • “Fələstin bu qeyri-bərabər döyüşün qəti qalibidir”

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, müharibə cinayətlərinin davam etməsinə baxmayaraq, Fələstin bu qeyri-bərabər döyüşün qəti qalibidir.

 

Hüseyn Əmir-Abdullahiyan X social şəbəkəsindəki hesabında yazıb: “Mövcud müharibədən sionist rejim üçün heç bir nailiyyət yoxdur. Qadın və uşaqlara qarşı hərbi cinayətlərin davam etməsinə baxmayaraq, hazırda Fələstin bu qeyri-bərabər döyüşün qəti qalibidir”.

Nazir qeyd edib ki, müharibədən 70 gün keçir. Qəzzədə HƏMAS məhv edilmədi; Müqavimət tərksilah olunmadı; Sionist hərbi məhbuslar müharibə yolu ilə azad edilməyib; Qəzzə sakinlərinin məcburi köçürülməsi planı baş tutmadı.

Əmir-Abdullahiyan həmçinin yazıb: “Sionist rejimin hakimiyyət orqanları İŞİD-in davranışından daha dəhşətli cinayətlər törətməkdə davam edirlər, lakin rüsvayçı tarixi uğursuzluqlarını kompensasiya edə bilməyəcəklər”.

Teqlər