Kənani Çafi: İranla əlaqələr iddiası ilə Azərbaycan Respublikası vətəndaşlarının həbsi qəbuledilməzdir
https://parstoday.ir/azeri/news/iran-i36-kənani_Çafi_İranla_əlaqələr_iddiası_ilə_azərbaycan_respublikası_vətəndaşlarının_həbsi_qəbuledilməzdir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranla əlaqədə olduğuı iddiası ilə bir çox vətəndaşın saxlanılıb həbs edilməsi qəbuledilməzdir.
(last modified 2026-03-20T08:20:48+00:00 )
May 18, 2023 13:31 Asia/Baku
  • Kənani Çafi: İranla əlaqələr iddiası ilə Azərbaycan Respublikası vətəndaşlarının həbsi qəbuledilməzdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranla əlaqədə olduğuı iddiası ilə bir çox vətəndaşın saxlanılıb həbs edilməsi qəbuledilməzdir.

İRNA-nın məlumatına görə; İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Çafi cümə axşamı Azərbaycan Respublikası Təhlükəsizlik Xidməti və Prokurorluğunun İrana qarşı son silsilə ittihamlarını rədd edərək, Azərbaycan Respublikasında vətəndaşların şərlənərək həbs və saxlanmasına toxunnub və bu şəxslərin İran İslam Respublikası ilə hər hansı rəsmi və ya qeyri-rəsmi əlaqə iddiasını rədd edərək xatırladıb:

İki ölkə vətəndaşlarının münasibətləri ürəkdən, duyğusal, tarixi, dini, və hətta qohumluq münasibətləridir . Azərbaycan Respublikası dovləti öz vətəndaşlarının bu dərin tarixi bağlarını təhlükəsizləşdirməməli və bunu qonşulara aid etməməlidir.

günahkar və qanunu pozan vətəndaşlara qarşı tədbir görmək bütün hökumətlərin təbii haqqıdır, lakin İranla əlaqədə olmaq iddiası ilə bir çox vətəndaşın saxlanılıb həbs edilməsi qəbuledilməzdir_deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib