Əmir-Abdullahiyan: Əlaqələr qonşuluq siyasəti çərçivəsində inkişaf etdirilməlidir
https://parstoday.ir/azeri/news/iran-i3808-Əmir_abdullahiyan_Əlaqələr_qonşuluq_siyasəti_çərçivəsində_inkişaf_etdirilməlidir
İran İslam Respublikasının XİN başçısı İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
(last modified 2024-01-07T07:28:53+00:00 )
Yan 04, 2024 09:35 Asia/Baku
  • Əmir-Abdullahiyan: Əlaqələr qonşuluq siyasəti çərçivəsində inkişaf etdirilməlidir

İran İslam Respublikasının XİN başçısı İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Hüseyn Əmir-Abdullahiyan İran İslam Respublikasının Naxçıvandakı yeni baş konsulu ilə görüşündə İranla Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq, iki ölkə arasında əməkdaşlığın ölkəmizin Azərbaycan Respublikasındakı nümayəndələri vasitəsilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Yeni konsul Əziz Mənsuri bundan əvvəl çoxtərəfli maliyyə və kommersiya əməkdaşlığı, enerji və nəqliyyat departamentinin sədri vəzifəsində çalışıb.