Fev 26, 2024 14:37 Asia/Baku
  • İrandakı səsvermənin özəllikləri nələrdir? - TƏHLİL

İran xalqı martın 1-də 12-ci çağırış məclis seçkilərində səs verəcək. Araşdırmalar göstərir ki, İslam Respublikasındakı seçkilər Qərbi Asiya ölkələrindəki seçkilərlə əhəmiyyətli fərqlərə malikdir.

 

İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisinə nəzərdə tutulmiş seçkilər martın 1-də İranın hər yerində keçiriləcək. Düşmənlər İranda keçirilən seçkilərə qarşı geniş təbliğat aparıb, insanları seçkilərdə iştirak etməməyə təşviq etsələr də, fakt budur ki, İran İslam Respublikası seçkilərin keçirilməsi baxımından Qərbi Asiya regionunda ən yaxşı ölkələr sırasındadır.

Regionun əksər ölkələrinin seçki keçirməkdən imtina etdiyi halda, İran İslam Respublikası indiyədək 39 seçki keçirib və cümə günü keçirilməli olan seçkilər sayca 41-ci seçkidir. Ona görə də, əsasən, İrandakı siyasi sistem seçkilərin keçirilməsini alqışlayır və bunu öz gücünün elementlərindən biri hesab edir. Seçkilər sözün həqiqi mənasında sistemin mühüm sütunu və qərarların qəbulu, ölkənin müqəddəratını təyin etmək üçün əsasdır.

Başqa bir məqam isə odur ki, İranda seçkilərə təkcə parlament deyil, həm də prezident seçkiləri, rəhbərlik ekspertləri, şəhər və kənd İslam şuraları da daxildir. Ona görə də xalq məclis üzvlərini, prezidenti, Xubreqan əclisi və şəhər və kənd İslam şuralarının üzvlərini birbaşa seçir. Bu səbəbdən də İranın siyasi sistemində insanların idarəçilikdə rolu unikaldır.

Digər bir məqam isə İran seçkilərində siyasi rəqabətlə bağlıdır. İranda keçirilən seçkilərdə fərdlər və qruplar arasında rəqabət elə bir səviyyədədir ki, nəticəni əvvəlcədən proqnoz etmək mümkün deyil, fərdlər və qruplar arasında real rəqabət gedir.

Həmçinin region ölkələrinin əksəriyyətində vəziyyət belədir ki, böyük güclərə bağlı media müdaxilə etmir və seçki psixoloji savaş şəraitində təşkil olumur. İranda isə düşmənlər seçkilərin əleyhinə adətən plan hazırlayırlar və hətta onların kəşfiyyat orqanları seçkiləri tamamilə izləyib və medianın gücündən istifadə edərək ona müdaxilə etməyə çalışırlar.

Bu yanaşmanın səbəblərindən biri də odur ki, İranda keçirilən seçkilər siyasi hərəkat və daxili funksiyaya malik olmazdan qabaq, quruluşun dünya səviyyəli nüfuzunu artırır, dövlətin beynəlxalq aləmdə olan nüfuzunu artırır. Ona görə də düşmənlər seçki institutunu zəiflətməklə İslam quruluşunun nüfuzunu hədəfə alırlar.

Teqlər