Fev 27, 2024 13:12 Asia/Baku
  • AEBA İranda zənginləşdirilmiş uran ehtiyatlarının azaldığını iddia edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru direktorlar şurasının iclası ərəfəsində bir hesabatda ötən üç ay ərzində İranda zənginləşdirilmiş uran ehtiyatlarının azaldığını iddia edib.

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi direktorlar şurasına üzv ölkələrə ünvanlanan gizli məlumatda iddia edibdir ki, İranda yüksək saflıqlı uranın miqdarı ötən ilin noyabr ayından bəri beş faiz azalıbdır.

Bu məlumat əsasında, İranın altmış faizlik saflığa malik uran ehtiyatlarının miqdarı ötən üç ayla müqayisədə, 6,8 kiloqramlıq azalma ilə, 121,5 kiloqrama çatıb.

Belə bir halda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ötən il dekabr ayının sonlarında təhrikedici bir məlumatda bildirdi ki, İranda zənginləşdirilmiş uran istehsalı prosesi artıbdır.

Bu iddialı məlumatda İranın Fordo və Nətənz elektrik stansiyalarında zənginləşdirilmiş uran istehsalının artmasına toxunan Qrossi qeyd etdi ki, İran ötən ilin noyabr ayının sonundan bəri altmış faizlik saflığa malik zənginləşdirilmiş uran istehsalını heksaflorid formasında ayda təqribən doqquz kiloqrama yüksəldib.

Elə o zaman, İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami bildirdi ki, İranın nüvə fəaliyyətləri zəmanət qaydaları və razılaşmaları çərçivəsində həyata keçir.

İran Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasından və avropalı tərəflərin anlaşmadakı öhdəliklərinə əməl etmək sahəsində ehmal etmələrindən iki il sonra sözügedən anlaşmanın icrasında tarazlığı bərqərar etmək üçün agentliyin nəzarəti altında öz öhdəliklərini azaltmaq istiqamətində addımlar atdı.

İran İslam Respublikası daim vurğulayıbdır ki, görülmüş tədbirlər geridönəsidir və digər tərəflərin öz öhdəliklərinə tam şəkildə əməl edəcəkləri zaman, İran da qarşılıqlı surətdə davranacaqdır.

Teqlər