Mart 28, 2024 00:20 Asia/Baku
  • İranın “Areş” qaz yatağındakı hüquqları müzakirə edilməzdir

İran Prezidentinin hüquqi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Dehqan İranın heç bir halda müştərək “Areş” qaz yatağındakı hüquqlarından geri çəxkilməyəcəyini təkid edib.

 

Qeyd edək ki, İrana məxsus “Areş” qaz yatağı, Fars körfəzinin şimalında yerləşən qaz yataqlarından biridir. Bu qaz yatağı Buşehr vilayətində yerləşir.

Son bir ildə Küveyt və Səudiyyə Ərəbistanı, “Əd-Dorə” adlandırdıqları həmin “Areş” müştərək yatağının təbii sərvətlərinə yenidən sahiblik iddiasını irəli sürüblər. Bu iddia qarşı tərəfin hüquqlarını rədd edərək, yatağın Küveytin dəniz ərazilərində yerləşdiyini bildirir.

Hüquqi məsələlər üzrə vitse-prezident Məhəmməd Dehqan bu iddiaya cavab olaraq öz “X” hesabında yazıb”

“Tehran “Areş” qaz yatağı ilə bağlı Küveytlə qarşılıqlı dialoq şəklində problemin həllinə inansa da, heç bir halda bu və ya başqa bir ölkəyə, İranın maraqlarını nəzərə almadan, beynəlxalq hüquqi qanunları tapdayaraq bu ümumi sahədən birtərəfli qaydada istifadəsinə icazə verməyəcək.

Teqlər