İranlıların Azərbaycana səfəri ilə bağlı yeni açıqlama
https://parstoday.ir/azeri/news/iran-i558-İranlıların_azərbaycana_səfəri_ilə_bağlı_yeni_açıqlama
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bildiriş yayaraq elan edib: Azərbaycan Respublikasına səfər etmək üçün giriş vizası almalı olan həmvətənlər səfərdən əvvəl “ASAN Visa ” portalı vasitəsi ilə elektron viza üçün müraciət edə və ya pasportlarında viza almaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edə bilərlər.
(last modified 2023-06-19T07:34:11+00:00 )
İyun 17, 2023 08:36 Asia/Baku
  • İranlıların Azərbaycana səfəri ilə bağlı yeni açıqlama

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bildiriş yayaraq elan edib: Azərbaycan Respublikasına səfər etmək üçün giriş vizası almalı olan həmvətənlər səfərdən əvvəl “ASAN Visa ” portalı vasitəsi ilə elektron viza üçün müraciət edə və ya pasportlarında viza almaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edə bilərlər.

ISNA-nın məlumatına görə, bu barədə ölkəmizin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki,  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin elanına əsasən, Azərbaycana Hava Yolları ilə səfər etmək  niyyətində olan qeyri-rezident iranlı həmvətənlərimizə məlumat verilir ki, 23 iyun 2023-ci il tarixindən etibarən Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında , hava limanı vizalarının verilməsi prosesi dayandırılacaq və bu Ölkəyə səfər etmək üçün giriş vizası almalı olan həmvətənlər səfərdən əvvəl “ASAN Visa ” portalı vasitəsi ilə elektron viza üçün müraciət edə və ya pasportlarında viza almaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının quru sərhədləri koronavirusun yayılmasından sonra növbəti qərarlar qəbul edilənə qədər xarici və qonşu səyahətçilər üçün bağlanıb.