May 14, 2024 11:01 Asia/Baku
  • Əmir-Abdullahian: Amerikanın Əfqanıstana müdaxiləsinin davam etməsi bu ölkənin vəziyyətini daha da mürəkkəbləşdirir

İranın xarici işlər naziri deyib: ABŞ-ın Əfqanıstanın daxili işlərinə məqsədyönlü müdaxilələrini davam etdirməsi bu ölkənin vəziyyətini daha da mürəkkəbləşdirəcək.

Aran Raiosu İRNA-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva ilə görüşündə vurğulayıb ki, İran İslam Respublikası Əfqanıstanda sabitlik, təhlükəsizlik və davamlı inkişafa xüsusi diqqət yetirir, qonşu ölkədə baş verən prosesləri yaxından və diqqətlə izləyir və Əfqanıstan xalqına yardımda BMT-nin rolunu dəstəkləyir.

Əmir-Abdullahian Birləşmiş Millətlər Təşkilatının son iyirmi ildə Əfqanıstanda fəaliyyətini müsbət qiymətləndirib və İran İslam Respublikasının humanitar fəaliyyətlərin davam etdirilməsinə dəstəyini vurğulayıb.

İranın diplomatik xidmətinin rəhbəri bir neçə milyon Əfqanıstan vətəndaşının İranda qonaq olmasına da toxunaraq BMT-ni bu məsələyə ciddi diqqət yetirməyə çağırıb.

Xanım "Roza Otunbayeva" həmçinin Əfqanıstanın son hadisələri və məsələlərini və Qətərdə gözlənilən Doha 3-cü iclasını izah edərək, İran hökuməti və xalqının əfqan vətəndaşlarına göstərdiyi xoş qonaqpərvərliyi və onların vəziyyətinin yaxşılaşdırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və beynəlxalq ictimaiyyətin Əfqanıstandakı humanitar böhrana biganəliyini tənqid edib.

Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Əfqanıstanın şəraitinin və inkişafının mürəkkəbliyini təsdiq edərək, bu ölkədə inkişafa və sabitliyə kömək etmək üçün regional fəalların  müxtəlif mövqelərinin əlaqələndirilməsini vurğulayıb.

Roza Otunbayeva həmçinin İran İslam Respublikasının regional təşəbbüslərinin əhəmiyyətini yüksək qiymətləndirib və qonşuların görüşü çərçivəsində İranın diplomatik səylərinin davam etdirilməsini alqışlayıb.