Pezeşkian: Fələstin liderlərinin danışıqlar prosesində qəbul edəcəyi hər bir qərarı dəstəkləyirik
Prezident HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri ilə telefon danışığında Xəlil əl-Həyyənin Fələstin qrupları arasında koordinasiyanın yaradılmasındakı roluna və idarəçiliyinə təşəkkür edərək dedi: İran İslam Respublikası Fələstin liderlərinin danışıqlar prosesində qəbul edəcəyi hər bir tədbiri, təşəbbüsü və qərarı dəstəkləyəcək.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə ilə telefon danışığında onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etməklə yanaşı, ümidvar olduğunu bildirib ki, bu məsuliyyətin qəbul edilməsi ilahi müvəffəqiyyətlə Fələstin xalqına və müqavimət göstərən Qəzza xalqına xidmətə səbəb olacaq, onların daha böyük izzət və başucalığına zəmin yaradacaq.Prezident daha sonra Fələstin şəhidlərinin, xüsusilə də İsmayıl Haniyənin şəhadətinin ildönümü günlərində xatirəsini ehtiramla yad edərək bu müsibət münasibətilə başsağlığı verib və onun İran İslam Respublikasına səfəri zamanı şəhid edilməsinə işarə edərək, bu addımı sionist rejim tərəfindən törədilmiş namərd cinayət kimi qiymətləndirib.Pezeşkian Fələstin xalqının sionist rejimin cinayətləri qarşısında göstərdiyi səbir, mətanət və müqaviməti yüksək qiymətləndirərək vurğulayıb ki, İran İslam Respublikası xalqının və rəsmilərinin qəlbi və ruhu həmişə məzlum Fələstin xalqının yanındadır və İran İslam Respublikası imkan daxilində Fələstin xalqını dəstəkləməyə və himayə etməyə davam edəcək.Prezident, həmçinin Xəlil əl-Həyyənin Fələstin qrupları arasında koordinasiyanın yaradılmasındakı roluna və idarəçiliyinə görə təşəkkür edərək dedi: İran İslam Respublikası Fələstin liderlərinin danışıqlar prosesində qəbul edəcəyi hər bir tədbiri, təşəbbüsü və qərarı dəstəkləyəcək. Telefon danışığı zamanı Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə də şəhid İsmayıl Haniyənin xatirəsini ehtiramla yad edərək, onun İran İslam Respublikasında şəhid edilməsini Fələstin məsələsi ilə bağlı İslam ümmətinin qan birliyinin, ortaq taleyinin, vahid yanaşmasının və ümumi mövqeyinin rəmzi kimi qiymətləndirdi.HƏMAS-ın Siyasi Bürosunun rəhbəri doktor Pezeşkianın prezident vəzifəsində fəaliyyətə başlamasının İsmayıl Haniyənin şəhadəti ilə eyni vaxta təsadüf etməsinə işarə edərək, İran İslam Respublikasının müxtəlif mərhələlərdəki idarəçiliyini və regionun həssas şəraitindən uğurla keçməsini yüksək qiymətləndirdi və bu prosesi İran İslam Respublikası dövlət rəsmilərinin regional çağırışlar və dəyişikliklər qarşısındakı idarəçilik bacarığının göstəricisi kimi dəyərləndirdi.HƏMAS-ın Siyasi Bürosunun rəhbəri, həmçinin İran İslam Respublikasının təhdidlər qarşısında nümayiş etdirdiyi qətiyyəti yüksək qiymətləndirərək bildirdi ki, İran regionda yeni balanslar formalaşdırmağa nail olub və əmin olduğunu ifadə etdi ki, İran İslam Respublikası bundan sonra da öz nailiyyətlərini davam etdirəcək. O qeyd etdi ki, bu nailiyyətlər İranın, regionun və İslam dünyasının xeyrinə olacaq.Əl-Həyyə daha sonra siyasi danışıqlar prosesinə toxunaraq bildirdi ki, HƏMAS hərəkatı bu danışıqları digər Fələstin qruplarının iştirakı və koordinasiyası ilə aparır və necə ki, döyüş meydanında müqavimət göstərib, diplomatiya sahəsində də sionist rejimin döyüş meydanında nail ola bilmədiyi məqsədlərə çatmasına imkan verməyəcək.HƏMAS-ın Siyasi Bürosunun rəhbəri, həmçinin Fələstin xalqının mənafelərinin təmin edilməsi istiqamətində danışıqlar prosesində İran İslam Respublikasının və İran rəsmilərinin təcrübəsindən istifadə olunmasını istəyərək, siyasi və diplomatik səylərin də meydandakı müqavimətlə yanaşı Fələstin xalqının məqsədlərinin həyata keçməsinə gətirib çıxaracağına ümidvar olduğunu bildirdi.