İran səfiri: Qeyri-qanuni atıcı silah ticarətinin qarşısını almaq üçün hərtərəfli yanaşma aparılmalıdır
(last modified Wed, 19 Jun 2024 09:35:20 GMT )
İyun 19, 2024 13:35 Asia/Baku
  • İran səfiri: Qeyri-qanuni atıcı silah ticarətinin qarşısını almaq üçün hərtərəfli yanaşma aparılmalıdır

 İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani “qeyri-qanuni atıcı və yüngül silahların ticarətinin qarşısının alınması, onunla mübarizə və kökünün kəsilməsinə dair fəaliyyət planının həyata keçirilməsində əldə olunan irəliləyişləri nəzərdən keçirmək” üçün keçirilən konfransda deyib: Silahların qeyri-qanuni ticarəti ilə mübarizə aparmaq üçün həm tələb, həm də təklif perspektivlərini əhatə edən kompleks yanaşma aparılmalıdır.

 

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma İşləri İdarəsinin və işçi qrupunun keçən ilki səylərini nəzərdən keçirmək və qiymətləndirmək məqsədilə  “qeyri-qanuni atıcı və yüngül silahların ticarətinin qarşısının alınması, onunla mübarizə və kökünün kəsilməsinə dair fəaliyyət planının həyata keçirilməsində əldə olunan irəliləyişləri nəzərdən keçirmək” adı altında baş tutan 4-cü konfransda, konfransın sədrini təbrik edərək, vurğuladı: İran İslam Respublikası bu konfransdan konsensus sənədinin əldə edilməsi prosesində sədr və onun komandasına dəstək verməyə hazırdır.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi həmçinin vurğuladı: Atıcı silahların və yüngül silahların qeyri-qanuni ticarəti ilə mübarizə aparmaq üçün hərtərəfli yanaşma tətbiq olunmalıdır ki, bu da həm tələb, həm də təklif perspektivlərini əhatə etməlidir.

Teqlər