Ermənistan İranla strateji tərəfdaşlıq sazişinin imzalanmasını təklif edib
Dek 26, 2025 19:11 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İranla strateji tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətində olduğunu bəyan edib və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Paşinyan bildirib: Tehranla əməkdaşlıq dinamik şəkildə genişlənməkdədir və sözügedən yeni saziş ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə imkan yarada bilər.
Ermənistanın “Azat” televiziya şəbəkəsinin məlumatına görə, bu təşəbbüs ölkənin son dövrdə həyata keçirdiyi xarici siyasət xətti ilə uzlaşır və belə addımlar İrəvanın müxtəlif beynəlxalq tərəfdaşlarla münasibətləri möhkəmləndirmək öhdəliyini, həmçinin diplomatiyada çoxşaxəli yanaşmanı nümayiş etdirir.
Teqlər