İraqçi Livan parlamentinin sədri ilə regional hadisələri müzakirə edib
https://parstoday.ir/azeri/news/iran-i14418-İraqçi_livan_parlamentinin_sədri_ilə_regional_hadisələri_müzakirə_edib
İranın xarici işlər naziri Abbas Əraqçi Livan parlamentinin sədri ilə telefon danışığında regional hadisələri, Livandakı vəziyyəti və İsrailin hücumları fonunda region ölkələri arasında koordinasiyanın gücləndirilməsi məsələsini müzakirə edib. Tərəflər həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar.
(last modified 2026-09-16T06:59:53+00:00 )
Sen 16, 2026 10:57 Asia/Baku
  •  İraqçi Livan parlamentinin sədri ilə regional hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Livan parlamentinin sədri ilə telefon danışığında regional hadisələri, Livandakı vəziyyəti və İsrailin hücumları fonunda region ölkələri arasında koordinasiyanın gücləndirilməsi məsələsini müzakirə edib. Tərəflər həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar.

İranın xarici işlər naziri ilə Livan parlamentinin sədri arasında baş tutan telefon danışığında regional hadisələr və Livana, eləcə də regionun digər ölkələrinə qarşı İsrail rejiminin hegemonluğu və müharibə təhrikçiliyi ilə mübarizə məqsədilə region ölkələri arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi müzakirə olunub.

Xarici işlər naziri İranın Livanın milli suverenliyinin və ərazi bütövlüyünün İsrail rejiminin təcavüzlərindən qorunmasına daim xüsusi diqqət yetirdiyini qeyd edərək, Livanın işğalçılıq və təcavüzə qarşı ləyaqətli müqavimətinə İran İslam Respublikasının tam dəstəyini vurğulayıb.

Livan parlamentinin sədri isə İran İslam Respublikasının Livana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək, Livanın cənubundakı mövcud vəziyyət barədə məlumat verib. O, İsrail rejiminin Livana qarşı törətdiyi cinayətlərə toxunaraq, beynəlxalq ictimaiyyətin və İslam ölkələrinin işğalçı rejimin qanunsuzluqlarının dayandırılması, cinayətkarların məsuliyyətə cəlb olunması və cəzalandırılması istiqamətində hüquqi və mənəvi məsuliyyət daşıdığını vurğulayıb.