Rusiya: Karibdə dəniz quldurluğuna son qoyulmalıdır / Almaniyaya səfər etməyin
https://parstoday.ir/azeri/news/world-i13482-rusiya_karibdə_dəniz_quldurluğuna_son_qoyulmalıdır_almaniyaya_səfər_etməyin
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun Venesuelanı sabitlikdən çıxarmağa yönəlmiş addımlarını pisləyərək ABŞ-dən dəniz quldurluğu və quldurluq kimi qiymətləndirilən hərəkətləri dayandırmağı tələb edib.
(last modified 2025-12-27T08:10:52+00:00 )
Dek 26, 2025 21:09 Asia/Baku
  • Rusiya: Karibdə dəniz quldurluğuna son qoyulmalıdır / Almaniyaya səfər etməyin

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun Venesuelanı sabitlikdən çıxarmağa yönəlmiş addımlarını pisləyərək ABŞ-dən dəniz quldurluğu və quldurluq kimi qiymətləndirilən hərəkətləri dayandırmağı tələb edib.

 

O bildirib: Bu gün biz sözün əsl mənasında Karib dənizində anarxiyanın şahidi oluruq. Elə bir məkanda ki, başqalarının əmlakının qanunsuz ələ keçirilməsi – yəni dəniz quldurluğu, hücum və quldurluq kimi, artıq unudulduğu güman edilən üsullar yenidən dirçəlib.

 

Zaxarova mətbuat brifinqinin digər hissəsində Almaniya sərhədində Rusiya vətəndaşlarının hüquqlarının çoxsaylı pozulması hallarına toxunaraq deyib: Biz vətəndaşlarımızı tam zəruri hallar istisna olmaqla Almaniyaya səfər etməkdən ciddi şəkildə çəkinməyə çağırırıq.