Səudiyyə Ərəbistanı hücumları
Səudiyyə Ərəbistanının Yəmənin şimalına hücumları
Avq 24, 2026 13:56 Asia/Baku
Səudiyyə Ərəbistanı Yəmənə qarşı təcavüzünü davam etdirir və ölkənin şimalındakı əraziləri hədəf alır
Pars Today-in Mehr Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı bazar günü gecəsi Yəmənin şimalındakı Səəda əyalətinin Razih bölgəsindəki kəndləri artilleriya atəşi ilə hədəfə alıb.
Bu, Yəmən qüvvələrinin Yəmənin şimal-qərbindəki Həccah əyalətinin səmasında Səudiyyə Ərəbistanına məxsus "Scan Eagle" casus pilotsuz təyyarəsinin vurulduğunu elan etməsindən sonra baş verib.
Yəmənli hərbi mənbə bildirib ki, pilotsuz təyyarə Yəmənin hava məkanını pozarkən uyğun silahla vurulub.