Məhkəmə Trampın Azərbaycanla bağlı qərarını LƏĞV ETDİ
https://parstoday.ir/azeri/news/world-i14102-məhkəmə_trampın_azərbaycanla_bağlı_qərarını_lƏĞv_etdİ
ABŞ federal məhkəməsi Tramp administrasiyasının Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq qərarını qanunsuz hesab edib.
(last modified 2026-08-23T14:39:44+00:00 )
Avq 23, 2026 18:38 Asia/Baku
  • Məhkəmə Trampın Azərbaycanla bağlı qərarını LƏĞV ETDİ

ABŞ federal məhkəməsi Tramp administrasiyasının Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq qərarını qanunsuz hesab edib.

pars today xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb.

Manhetten dairə məhkəməsinin hakimi Cannet Varqas Donald Tramp administrasiyasının yanvar ayında 75 ölkənin vətəndaşlarına yalnız milli mənsubiyyətlərinə görə immiqrasiya vizalarının verilməsini dayandırmasını “açıq-aşkar qanunsuz” adlandırıb.

Bildirilib ki, ABŞ yanvar ayında müraciət edən şəxslərə nəzarətin sərtləşdirilməsi çərçivəsində ölkəyə giriş icazələrinin verilməsini dayandırmışdı. Federal məhkəmə bu tədbirin qanuna zidd olduğuna və hakimiyyət orqanlarının səlahiyyətlərini aşdığına qərar verib. 

Qərar yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulan immiqrasiya vizalarına şamil olunurdu. Turist və digər müvəqqəti vizalara isə bu məhdudiyyət tətbiq edilmirdi.

Qeyd edək ki, ABŞ-də qüvvədə olan qaydalara əsasən, immiqrantın ölkəyə girişindən yalnız onun dövlətin potensial “himayəsində olan şəxsi” olacağı hesab edilərsə imtina edilə bilər