“Dünya başa düşdü ki, Trampın təhdidləri boşdur”
https://parstoday.ir/azeri/news/iran-i14104-dünya_başa_düşdü_ki_trampın_təhdidləri_boşdur
Benyamin Netanyahu Donald Trampa guya İranın bir neçə ay ərzində iqtisadi blokadada saxlanılmasının Tehranın təslim olmasına səbəb olacağını vəd edib.
(last modified 2026-08-23T14:44:14+00:00 )
Avq 23, 2026 18:40 Asia/Baku
  • “Dünya başa düşdü ki, Trampın təhdidləri boşdur”

Benyamin Netanyahu Donald Trampa guya İranın bir neçə ay ərzində iqtisadi blokadada saxlanılmasının Tehranın təslim olmasına səbəb olacağını vəd edib.

İran Təhlükəsizlik Şurası Trampın İranla bağlı açıqlamalarına reaksiya verib.

Pars today xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İran televiziyasına müsahibəsində danışıb.

"Amerikalılar İranla müharibəni bir neçə gün ərzində başa çatdıra biləcəklərini və İranda, eləcə də regionda bütün neft və qaz üzərində nəzarəti ələ keçirəcəklərini düşünürdülər. ABŞ artıq məqsədlərinə hərbi yolla nail olacağına ümid etmir və indi iqtisadi təzyiqdən istifadə etməyə çalışır", - Rzayi qeyd edib.

Onun sözlərinə görə, Benyamin Netanyahu Donald Trampa guya İranın bir neçə ay ərzində iqtisadi blokadada saxlanılmasının Tehranın təslim olmasına səbəb olacağını vəd edib.

O, həmçinin deyib ki, İran illərdir tətbiq olunan sanksiyalar şəraitində məhdudiyyətlərdən yan keçməyi və neft ixracını davam etdirməyi öyrənib.

“Dünya başa düşdü ki, Trampın təhdidləri boş sözlərdir”, – Rzayi bildirib.