İnqilabın ali rəhbəri problemlərin ədalət əsasında həllinin önəmini vurğulayıb
(last modified Sat, 22 Jun 2024 13:23:30 GMT )
İyun 22, 2024 17:23 Asia/Baku
  • İnqilabın ali rəhbəri  problemlərin ədalət əsasında həllinin önəmini vurğulayıb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri “insanların məsələ və ixtilaflarını ədalət əsasında həll edilməsi” və “qanunun qırmızı xəttini keçməyin qarşısının alınmasını” məhkəmə sisteminin əsas vəzifələrindən hesab edib.

Ali Rəhbər Aparatının informasiya portalının məlumatına əsasən; İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İranın məhkəmə orqanının rəsmiləri ilə görüşündə “insanların məsələlərini və ixtilaflarını ədalət əsasında həll etmək” və “qanunun qırmızı xəttinin keçməsinin qarşısının alınması”nı məhkəmənin əsas öhdəlikləri sırasında olduğunu bəyan edərək qeyd ediblər:  Məhkəmə sisteminin ən mühüm vəzifəsi ədaləti heç nədən  çəkinmədən və şücaətlə yerinə yetirməkdir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Quranda və digər islami mənbələrdə “ədalət” qədər heç bir məsələyə önəm verilmədiyini vurğulayaraq,ədalətin yerinə yetirlməsi üçün şücaət göstərməyin lazım olduğunu söyləyiblər və daha sonra bildiriblər : Hakimlər,Qərbin insan haqları mənbələri deyil, daxili qanunlara istinad etməlidirlər.

Ayətullah Xamenei daha sonra İranda prezident seçkilərinin  yaxınlaşdığına işarə edərək, prezident seçkiləri namizədlərinə verdiyi mühüm tövsiyədə vurğulayıb ki, namizədlərin televiziyada debatları və ya digər bəyanatlarda  rəqibinə qalib gəlmək üçün düşməni sevindirəcək sözlər söyləməsinlər.