Əl-Mayadin Suriyadakı Amerika hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb
(last modified Tue, 22 Oct 2024 10:24:04 GMT )
Okt 22, 2024 14:24 Asia/Baku
  • Əl-Mayadin Suriyadakı Amerika hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb

Əl-Məyadin televiziyası çərşənbə axşamı gecə öz mənbələrinə istinadən, Amerikanın Xarab Əl-Cirdəki hərbi bazasına raket hücumu barədə məlumat yayıb.

 

Amerika hələ ki, bu hadisəyə reaksiya verməyib və heç kim və ya heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib. 

Əl-Məyadin bu hücumla eyni vaxtda, Amerika qüvvələri tərəfindən Koniko bazasından Deyr əz-Zurun ətraflarında yerləşən “Havicə Sakr” və “Əl Cəfərə” kəndlərinə artilleriya hücumu həyata keçirildiyini bildirdi. 

Suriya hökuməti dəfələrlə vurğulamışdır ki, Suriyanın şərqində və şimal-şərqindəki bu milislər və amerikalıların nefti talamaqdan başqa məqsədləri yoxdur və qeyri-qanuni varlıqlarına son qoyacaqlar. 

Teqlər