Prezident Pezeşkiyan: İsrailin istənilən hücumuna müvafiq cavab veriləcək
(last modified Tue, 22 Oct 2024 10:26:08 GMT )
Okt 22, 2024 14:26 Asia/Baku
  • Prezident Pezeşkiyan: İsrailin istənilən hücumuna müvafiq cavab veriləcək

Yəhya Sinvarın şəhadəti ilə bağlı başsağlığı vermək üçün HƏMAS-ın Tehrandakı ofisinə gələn İran İslam Respublikasının prezidenti İsrail rejiminin mümkün hücumu ilə bağlı sualı cavablandırarkən deyib: Onun həyata keçirəcəyi istənilən hücuma müvafiq cavab verəilcək.

 

Məsud Pezeşkiyan bu səhər ilk qonaq olaraq, çərşənbə axşamı, oktyabrın 22-də, Fələstin Müqavimət Hərəkatının Tehrandakı ofisində Həmas lideri Yəhya Sinvarın şəhadəti ilə bağlı başsağlığı vermək üçün iştirak edib və İranda Fələstin Müqavimət Hərəkatı HƏMAS-ın nümayəndəsi Xalid Qədumi ilə görüşüb söhbət edib.

Prezident bəyan etdi: Təəssüflər olsun ki, insan haqları və beynəlxalq qanunlara riayət edilməsindən dəm vuran hökumətlər və güclər özləri bütün qanunları və hüquqları pozanlardır. Onlar öz hüquqlarını tələb edən və torpaqlarını işğaldan azad etmək istəyən insanlarla mübarizə aparır və  insanları evlərindən didərgin salan hökuməti dəstəkləyirlər.

Pezeşkiyan dedi: Avropa ölkələri və Amerika İsraili var qüvvələri ilə silahlandırdılar və bəşəriyyətə qarşı törədilən hər bir cinayəti tam həyasızlıqla müdafiə etdilər. Qadın və uşaq hüquqlarından, insan haqlarını müdafiə etməkdən dəm vuran oyanmış vicdanlar haradadır? Bu, onların dünyada axtardıqlarının güc və zorakılıq olduğunu göstərir. Haqq və ədalət axtaranlar onların istəkləri qarşısında susmayacaqlar.

O əlavə etdi: Bu, bir və ya bir neçə nəfərin öldürülməsi ilə bitəcək bir müharibə deyil, ədalətin bərqərar olması və bütün insanların haqqının nəzərə alınması ilə bitəcək bir müharibədir, lakin zorla və haqqı öldürməklə mümkün deyil. 

Prezident İsrail rejiminin İrana mümkün hücumu ilə bağlı suala da cavab olaraq deyib: Onun həyata keçirəcəyi istənilən hücuma müvafiq cavab verəilcək.

Teqlər