Bölgəyə faktaraşdırıcı missiya göndərilə bilər
https://parstoday.ir/azeri/news/iran-i644-bölgəyə_faktaraşdırıcı_missiya_göndərilə_bilər
Avropa Parlamenti Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi ideyasını tam dəstəkləyir
(last modified 2023-06-24T03:12:22+00:00 )
İyun 23, 2023 10:09 Asia/Baku
  • Bölgəyə faktaraşdırıcı missiya göndərilə bilər

Avropa Parlamenti Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi ideyasını tam dəstəkləyir

 

Bunu Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Loiseau keçirdiyi mətbuat konfransında deyib.

O deyib ki, Laçın dəhlizinin blokunun açılması ilə bağlı Beynəlxalq Məhkəmənin qərarı var ki, bu da lazımi qaydada həyata keçirilməlidir. İkincisi, Avropa Parlamenti faktaraşdırıcı missiyanın göndərilməsi ideyasını tam dəstəkləyir".

Avropa Parlamentinin komitə sədri həmçinin Dağlıq Qarabağ əhalisinin hüquq və maraqlarını tam şəkildə qorumaq üçün ümumilikdə beynəlxalq iştirak ideyasını alqışlayıb və BMT Təhlükəsizlik Şurasının bu haqda qətnamə qəbul etməsini tərəfdarlıq edib.