İran İslam Respublikasının dinamik və uğurlu xarici siyasətinə düşmən mediaların qəzəblənməsi
İran İslam Respublikasının 13-cü hökumətinin xarici siyasətinin dinamikliyi müxalif və düşmən medialar və onların ekspertlərinin qəzəbinə səbəb olub.
Seyid İbrahim Rəisinin başçılıq etdiyi İran İslam Respublikasının 13-cü hökumətindən iki ildən az vaxt keçir. Prezident rəisi hökuməti xarici siyasətə xüsusi diqqət yetirir və onun xarici siyasət strategiyası da İslam, qonşu, regional və müttəfiq ölkələrlə əlaqələri bərpa etmək və ya inkişaf etdirməkdən ibarət olub. Bu arada İranın 13-cü hökuməti nüvə sahəsində də daxil olmaqla fikir ayrılıqlarının və gərginliyin azaldılması və razılaşmaya nail olmaq üçün Qərblə danışıqları alqışlayıb və Avropa və ABŞ ilə danışıqlar hələ də davam edir.
Bu çərçivədə, bir tərəfdən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahian bir sıra diplomatik səfərlər ediblər. Raisi indiyədək 16 xarici səfər edib, sonuncu səfəri isə Latın Amerikasında Venesuela, Nikaraqua və Kubaya olub. Eyni zamanda 15 yüksək rütbəli xarici dövlət rəsmisi da İrana səfər edib ki, onlardan sonuncusu Özbəkistan prezidenti Şövkət Mirzəyev olub. Əmir Abdullahian prezidenti Latın Amerikasına səfərində müşayiət etdikdən sonra Fars körfəzinin 4 ərəb ölkəsinə, o cümlədən Qətər, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edib. Bu səfərlər düşmən medianın qəzəbinə səbəb olub. Bu yaxınlarda İran İnternaşnal tv(irana qarşı düşmənçilik siyasəti yürüdür) iki ekspertlə söhbətində prezident rəyisi hökumətinin xarici siyasətindən əsəbləşərək, Qərb ölkələrini də İran hökuməti ilə danışıqları davam etdirdiklərinə görə tənqid edib.
Düşmən mediyasının iran hökumətinin xarici siyasətindən qəzəblənməsinin səbəbi odur ki, uğurlu xarici siyasət bəzi Avropa ölkələrini, o cümlədən Fransanı müxalifət qruplarına dəstək vermək nə təkcə onların marağlarını təmin etmir qənaətinə gətirib çıxarmışdır əksinə iran İslam Respublikası ilə onların rəqibləri arasında yaxşı əməkdaşlığın yaranmasına səbəb olmuşdur.Qərb ölkələri belə bir vəziyyətdə mövqelərini dəyişmək məcburiyyətində qalıblar.
İran İslam Respublikasi ilə müxalif qurupların qəzəbinə səbəb olan digər səbəb Albaniya hökumətinin münafiqlər terror qrupuna qarşı hərəkətə keçməsidir.Son günlər Albaniya polisinin bu ölkədəki Əşrəf 3 saylı düşərgəsində münafiqlərin qərargahına daxil olması onların münafiq ünsürləri ilə toqquşmasına səbəb olub. Bu qarşıdurmada münafiqlərin 21 üzvü yaralanıb.
Iran Islam Respublikası ilə düşmənçilik edənlər hesab edirlər ki, iranda 13-cü hökumətin dinamik və fəal xarici siyasəti İran İslam Respublikasının növbəti dəfə xarici təzyiqlərə qalib gəlməsi deməkdir və nəinki təcrid olunmur, əksinə, müxtəlif ölkələrlə o cümlədən Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrlə münasibətləri inkişaf etdirir.