Pezeşkiyan Rusiyaya səfər edib
(last modified Tue, 22 Oct 2024 16:33:15 GMT )
Okt 22, 2024 20:33 Asia/Baku
  • Pezeşkiyan Rusiyaya səfər edib

İran İslam Respublikasının prezidenti BRİKS-in on altıncı sammitində iştirak və çıxış etmək məqsədilə Rusiyaya yola düşüb.

 

Məsud Pezeşkiyan Rusiyaya getməzdən öncə belə deyib: BRİKS ölkələri arasında sinerji və əlaqələrin inkişafı, dünyada Amerikanın unilateralizmi, totalitarizmi və sanksiyaları problemindən qurtuluş istiqamətində atılacaq təsirli addımdır.

İran prezidenti kənd təsərrüfatı, energetika, sənaye, ticarət və turizm sektorlarını BRİKS-ə üzv ölkələr arasında əməkdaşlıq və anlaşma istiqamətində mövcud olan zəminlərdən adlandırıb.

BRİKS qrupunun dövlət başçılarının on altıncı sammiti oktyabrın iyirmi ikisindən iyirmi dördünədək Rusiyanın Kazan şəhərində keçiriləcək.

Teqlər