Xəzər dənizində xilasetmə və təhlükəsizlik üzrə birgə təlim başa çatıb
Xəzər Dənizi Birgə Yardım və Xilasetmə təliminin sözçüsü İran İslam Respublikası və Azərbaycan Respublikasının hərbi dəniz birləşmələrinin iştirakı ilə keçirilən bu təlimin İran İslam Respublikasının “Dilman” esminesi qarşısında dəniz paradı ilə başa çatdığını bildirib.
İkinci admiral Möhsün Rəzzaqi bazar ertəsi deyib: Xəzər dənizində “Sülh və dostluq naminə əməkdaşlıq” şüarı ilə keçirilən bu paradda İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin üzən və uçan bölmələri, o cümlədən “Dilman” esminesi, “Sepər”, “Peykan”, “Coşən” reaktiv yaylım atəş sistemləri, 212 AB helikopteri, İslam İnqilabı Keşikçiləri Korpusunun “Şəhid Bəsir” adlı dəniz gəmisi, Polis Komandanlığının Dəniz Donanmasından gəmilər, həmçinin Azərbaycan Respublikasının G129 və A640 xilasedici gəmiləri iştirak edirdi.Bu təlimdə ticarət gəmisində yanğının söndürülməsi, dəymiş ziyanın aradan qaldırılması və yaralıların sahilə çıxarılması əməliyyatı həyata keçirilib. Həmçinin, havadan çəkiliş (Photo Ex) və formalaşma ssenarisi və taktiki düzənlər bu təlimdə həyata keçirilən digər əməliyyatlar sırasında olub.