Pezeşkiyan: İran və Rusiya arasında əməkdaşlıq qazanc-qazanc əsasındadır
İran İslam Respublikası prezidenti deyib: İran-Rusiya əməkdaşlığı qazanc-qazanc əsasındadır və regionun sülh və təhlükəsizliyini pozmağa çalışan düşmənləri məyus edə bilər.
Doktor Məsud Pezeşkiyan Moskvaya son rəsmi səfəri çərçivəsində bir qrup rusiyalı iqtisadi fəal ilə görüşdə əlavə edib: İran və Rusiya arasında müştərək hərtərəfli strateji sazişin imzalanması İran və Rusiya üçün fəaliyyətləri lazımi şəkildə izləyə biləcəkləri yol xəritəsini müəyyən etdi.
Prezident vurğuladı: İki hökumətin iradəsi qarşılıqlı əlaqələri gücləndirməkdir ki, bunun mühüm səbəblərindən biri də hər iki tərəfin regionda, o cümlədən yol və nəqliyyat sahəsində çox mühüm coğrafi xüsusiyyətlərə malik qonşu olmasıdır.
O, İran və Rusiyanın beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizində əməkdaşlığına toxunaraq əlavə edib: Biz nəqliyyat dəhlizləri və infrastruktur sahəsində kommunikasiyalarımızı tamamlamaq əzmindəyik.