İranın BMT-dəki səfiri: Qəzzada atəşkəs davamlı həll yoluna çevrilməlidir
https://parstoday.ir/azeri/news/iran-i9564-İranın_bmt_dəki_səfiri_qəzzada_atəşkəs_davamlı_həll_yoluna_çevrilməlidir
 İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında Qəzzadakı atəşkəs barədə deyib: Atəşkəs alqışlansa da, bu, daimi və davamlı həll yoluna çevrilməlidir.
(last modified 2025-01-22T07:46:21+00:00 )
Yan 21, 2025 10:40 Asia/Baku
  • İranın BMT-dəki səfiri: Qəzzada atəşkəs davamlı həll yoluna çevrilməlidir

 İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında Qəzzadakı atəşkəs barədə deyib: Atəşkəs alqışlansa da, bu, daimi və davamlı həll yoluna çevrilməlidir.

 

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla bazar ertəsi Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında əlavə edib: Bunun üçün İsrail rejimi qüvvələrinin tamamilə çıxarılması, humanitar yardımın fasiləsiz çatdırılması və Qəzzanın hərtərəfli yenidən qurulması planının formalaşdırılması tələb olunur.

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı əlavə edib: İsrail rejiminin tamamilə geri çəkilmək istəməməsi və Qəzza üzərində təhlükəsizlik nəzarətini saxlamaqda israrlı olması bu səyləri zəiflədir və qeyri-sabitliyi davam etdirir. Təhlükəsizlik Şurası Qəzzanın ərazi bütövlüyünün müdafiəsində vahid və qətiyyətli mövqe tutmalıdır.