Qəzzada HƏMAS qalib gəldi
https://parstoday.ir/azeri/news/iran-i9580-qəzzada_hƏmas_qalib_gəldi
İran Məsləhət Şurasının üzvü deyib: Qəzzada müqavimət yardım cəbhələrinin dəstəyi sayəsində qalib gəldi və işğalçı İsrail rejiminin pusqusundadır.
(last modified 2025-01-23T07:49:49+00:00 )
Yan 22, 2025 11:42 Asia/Baku
  • Qəzzada HƏMAS qalib gəldi

İran Məsləhət Şurasının üzvü deyib: Qəzzada müqavimət yardım cəbhələrinin dəstəyi sayəsində qalib gəldi və işğalçı İsrail rejiminin pusqusundadır.

 

Möhsün Rizayi Əl-Məyadin kanalına verdiyi müsahibədə Şərqi Asiyaya qədər uzana biləcək Amerika-İsrail planına toxunaraq, Livan və Suriyadakı vəziyyəti də təhlil edib.

O, Qəzzada Fələstin müqavimətinin HƏMAS-ın rəhbərliyi ilə qalib gəldiyini, Livan, Yəmən və İraqdakı dəstək cəbhələrinin Fələstin xalqının qələbəsinə böyük töhfə verdiyini vurğulayıb.

Məsləhət Şurasının üzvü əlavə etdi: Qəzzadakı müharibə, ardınca Livan müharibəsi və Suriyada baş verənlər, Şərqi Asiyaya da yayıla biləcək Amerika-İsrail planıdır.