İran İslam Respublikasının nailiyyətləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında təqdim olunur
https://parstoday.ir/azeri/news/iran-i9596-İran_İslam_respublikasının_nailiyyətləri_birləşmiş_millətlər_təşkilatının_İnsan_haqları_Şurasında_təqdim_olunur
 Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini İran İslam Respublikasının hüquq, məhkəmə, iqtisadi, siyasi, sosial, elmi və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərin BMT-nin Cenevrədəki İnsan Haqları üzrə şurasına təqdim edildiyini elan edib.
(last modified 2025-01-25T07:44:20+00:00 )
Yan 23, 2025 10:41 Asia/Baku
  • İran İslam Respublikasının nailiyyətləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında təqdim olunur

 Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini İran İslam Respublikasının hüquq, məhkəmə, iqtisadi, siyasi, sosial, elmi və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərin BMT-nin Cenevrədəki İnsan Haqları üzrə şurasına təqdim edildiyini elan edib.

 

İran İslam Respublikasının insan haqları üzrə yüksək səviyyəli nümayəndə heyəti bu gün, cümə axşamı, yanvar ayının 23-ü, Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadinin başçılıq etdiyi və qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının nümayəndələrinin müşayiəti ilə Universal Dövri İcmal (UPR) 48 işçi qrupunun iclasında iştirak etmək və ölkəmizin insan hüquqlarına dair dördüncü milli hesabatını izah etmək məqsədilə Cenevrəyə gəliblər.