İranlı gənc "Dünya Su-Bataqlıqlarının Gənc Qəhrəmanı" mükafatını qazandı
Yan 29, 2025 15:26 Asia/Baku
İran Quşların Mühafizəsi Assosiasiyasının icraçı direktoru İman İbrahimi 20-24 yanvar 2025-ci il tarixlərində İsveçrənin Gland şəhərində keçirilən Ramsar Konvensiyasının Daimi Komitəsinin 64-cü iclasında “Dünyanın Su-bataqlıqlarının Gənc Qəhrəmanı” mükafatına layiq görülüb.
Bu mötəbər mükafat İbrahiminin su-bataqlıq ərazilərdə quşların mühafizəsi və əhalinin su-bataqlıq əraziləri haqqında maariflənməsinin artırılması sahəsində onillik fəaliyyətinə görə verilib.
Onun rəsmi mükafatlandırma mərasimi 2025-ci ilin iyulunda Zimbabvedəki Viktoriya şəlaləsində COP15 (Ramsar Konvensiyası) konfransının açılışında keçiriləcək.
Teqlər