İran və Tacikistan iki ölkə arasında hava vizalarını ləğv ediblər
https://parstoday.ir/azeri/news/iran-i9682-İran_və_tacikistan_iki_ölkə_arasında_hava_vizalarını_ləğv_ediblər
İran İslam Respublikasının Tacikistandakı səfirliyi bildirib ki, İran İslam Respublikasının Nazirlər Kabinetinin verdiyi qərara əsasən, fevralın 3-dən etibarən İran və Tacikistan arasında hava səfərləri üçün viza tələbi ləğv ediləcək.
(last modified 2025-01-30T06:10:31+00:00 )
Yan 29, 2025 16:05 Asia/Baku
  • İran və Tacikistan iki ölkə arasında hava vizalarını ləğv ediblər

İran İslam Respublikasının Tacikistandakı səfirliyi bildirib ki, İran İslam Respublikasının Nazirlər Kabinetinin verdiyi qərara əsasən, fevralın 3-dən etibarən İran və Tacikistan arasında hava səfərləri üçün viza tələbi ləğv ediləcək.

 

İranın Nazirlər Kabinetinin verdiyi qərara əsasən, həm İran, həm də Tacikistanın adi pasportlara malik vətəndaşlarının bir-birlərinin ölkələrinə viza tələb olunmadan hava yolu ilə gediş-gəlişinə icazə veriləcək. Səyahətçilər hər 90 günlük müddətdə digərinin ərazisində 30 günə qədər qala bilərlər.

İran Xarici İşlər Nazirliyi bu qərarın icra tarixinin 3 fevral 2025-ci il olduğunu açıqlayıb