İran və Azərbaycan iqtisadi və qeyri-hökumət mübadiləsinin artırılmasını vurğulayır
https://parstoday.ir/azeri/news/iran-i9740-İran_və_azərbaycan_iqtisadi_və_qeyri_hökumət_mübadiləsinin_artırılmasını_vurğulayır
 İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə köməkçisi ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi iki ölkənin qeyri-hökumət təşkilatları arasında iqtisadi mübadilənin artırılmasını vurğulayıblar.
(last modified 2025-02-03T07:04:27+00:00 )
Fev 02, 2025 12:15 Asia/Baku
  • İran və Azərbaycan iqtisadi və qeyri-hökumət mübadiləsinin artırılmasını vurğulayır

 İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə köməkçisi ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi iki ölkənin qeyri-hökumət təşkilatları arasında iqtisadi mübadilənin artırılmasını vurğulayıblar.

 

Mehdi Sənayi şənbə günü sosial media hesabında Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyevlə görüşünə toxunaraq yazıb: “Uzun sürən görüş zamanı münasibətlərdə müxtəlif məsələləri müzakirə etdik.”

 

O, əlavə edib: “Hər iki tərəf iki ölkə arasında dostluq və qardaşlığa, bəzi anlaşılmazlıqların aradan qaldırılmasına, hərtərəfli siyasi əlaqələrin genişləndirilməsinə, iqtisadi və qeyri-hökumət mübadiləsinin artırılmasına doğru hərəkət etməyi vurğuladıq.”