İran Xəzər-Qərb Koridorunun infrastrukturunu inkişaf etdirməyə hazır olduğunu açıqladı
https://parstoday.ir/azeri/news/iran-i9990-İran_xəzər_qərb_koridorunun_infrastrukturunu_inkişaf_etdirməyə_hazır_olduğunu_açıqladı
 Sənaye, Mədən və Ticarət naziri: İran Xəzər-Qərb Koridoru infrastrukturunu inkişaf etdirmək və Xəzər ölkələri üçün İranın cənub limanlarından istifadə etmək üçün lazımi imkanların yaradılmasına hazır olduğunu açıqlayıb.
(last modified 2025-02-19T04:04:21+00:00 )
Fev 18, 2025 16:59 Asia/Baku
  • İran Xəzər-Qərb Koridorunun infrastrukturunu inkişaf etdirməyə hazır olduğunu açıqladı

 Sənaye, Mədən və Ticarət naziri: İran Xəzər-Qərb Koridoru infrastrukturunu inkişaf etdirmək və Xəzər ölkələri üçün İranın cənub limanlarından istifadə etmək üçün lazımi imkanların yaradılmasına hazır olduğunu açıqlayıb.

 

Sənaye naziri bildirib ki, Xəzər Təcili Yardım Mərkəzinin yaradılması və Xəzər Neft Laboratoriyasının təsis edilməsi üzvlər tərəfindən təsdiqlənib. O əlavə edib ki, Xəzər dənizi sahilindəki ölkələrin elektrik şəbəkələrinin birləşdirilməsi, yaşıl enerjinin əhəmiyyəti, ətraf mühit problemlərinin həlli, iqlim dəyişikliyi, Xəzərdə suyun çirklənməsi və bu problemlərin üzv ölkələrin texnologiyası vasitəsilə həlli vurğulanıb və bu məqsədlə elmi konsorsiumlar və ortaq texnoparkların yaradılması təsdiqlənib.Nazir, İranın növbəti konfransa qədər Xəzər dənizi sahilindəki ölkələrin birgə iclaslarına ev sahibliyi etməyə hazır olduğunu bildirərək qeyd edib ki, üzv ölkələr hər iqtisadi konfrans arasında birgə iclasların davam etdirilməsini istəyiblər.