-
Tehranda diplomatik trafik - XİN 30-dan çox Asiya ölkəsinin nümayəndələrnə evsahibliyi edir
İyun 22, 2024 17:33İran İslam Respublikası Asiya Dialoq Forumunun sədri kimi bu qrupa üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edir.
-
İran 5-ci ayda dünyanın 7-ci ən yaxşı xam polad istehsalçısı oldu
İyun 22, 2024 13:31Ümumdünya Polad Assosiasiyası bir saat əvvəl yaydığı son hesabatında bildirib: “İranın bu ilin may ayında aylıq xam polad istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq 3,3 milyon tona çatıb. Bu həcmdə hasilatla İran bu ay dünyada xam polad istehsalı üzrə yeddinci yeri tutub.”
-
İkinci teledebat necə keçdi?
İyun 21, 2024 12:43İran İslam Respublikasında 14-cü prezident seçkilərinə 6 namizədin ikinci teledebatı dünən gecə Tehran vaxtı ilə saat 20:00-dan 24:00-dək birinci kanaldan canlı yayımlanıb.
-
Rəşt-Xəzər dəmir yolu xəttinin istismara verilib və İran üzərindən Şərqi Asiyanı Rusiya ilə birləşdirən layihə tamamlanıb
İyun 20, 2024 10:18Ölkənin üçüncü meqareyl layihəsi olan Rəşt-Xəzər dəmir yolu bu gün, cümə axşamı, prezident səlahiyyətlərini icra edən Məhəmməd Müxbirin iştirakı və əmri ilə istifadəyə verilib.
-
Venesuelanın neft emalı zavodunun səhmlərinin ABŞ tərəfindən müsadirə edilməsinə və satışına İranın reaksiyası
İyun 20, 2024 10:17Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ABŞ-ın Venesuela Bolivar Respublikasının aktivlərinin bir hissəsi olan Citgo neft emalı zavodunun səhmlərini müsadirə edərək satması ilə bağlı qanunsuz hərəkətini beynəlxalq hüquqa zidd adlandırıb və onu pisləyib.
-
İranlı qadın Sloveniyada keçirilən Challenger Tour-un qalibi olub
İyun 20, 2024 10:16Ölkəmizin olimpiya atleti Sloveniyanın "Çellencer" turunda çempion olub.
-
Kənani Kanadanın İnqilab Keşikçilərini terrorçu elan etmə hərəkətini şiddətlə qınadı
İyun 20, 2024 10:13Xarici İşlər Nazirliyinin sözçüsü Kanadanın SEPAH-ı terrorçu elan etmək hərəkətini pisləməklə yanaşı, bu iyrənc hərəkətin qanuni və çəkindirici gücün yaranmasına və SEPAH-ın fəaliyyət səviyyəsinin və əhatəsinin artırılmasına heç bir təsiri olmadığını bildirərək əlavə etdi: Biz mütənasib və qarşılıqlı cavab hüququmuzu qoruyacayıq.
-
Prezident seçkilərinə hazırlıq mərhələləri uğurla davam edir
İyun 19, 2024 17:23İran Daxili işlər naziri seçkilərə hazırılıq haqda açıqlamsında bildirib ki, Seçki Qərargahı Təbliğat Komissiyasının planlaşdırdığı televiziya proqramında könüllü namizədlər öz proqramlarını təqdim edir və bu haqda açıqlamları xalqla bölüşürlər.
-
İranda prezident seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir
İyun 19, 2024 16:31Prezidentliyə namizəd olan Tehranın hazırkı meri Əlirza Zakani bu gün keçirdiyi brifinqdə Qərb dövlətləri ilə danışıqları dəstəklədiyini deyib, lakin qeyd edib ki, Qərb təkcə ABŞ və üç böyük Avropa dövləti deyil.
-
İran səfiri: Qeyri-qanuni atıcı silah ticarətinin qarşısını almaq üçün hərtərəfli yanaşma aparılmalıdır
İyun 19, 2024 10:05İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani “qeyri-qanuni atıcı və yüngül silahların ticarətinin qarşısının alınması, onunla mübarizə və kökünün kəsilməsinə dair fəaliyyət planının həyata keçirilməsində əldə olunan irəliləyişləri nəzərdən keçirmək” üçün keçirilən konfransda deyib: Silahların qeyri-qanuni ticarəti ilə mübarizə aparmaq üçün həm tələb, həm də təklif perspektivlərini əhatə edən kompleks yanaşma aparılmalıdır.