-
İran prezidentinin helikopter qəzası nəticəsində şəhid olanların cənazə müşayiəti mərasimi - Təbriz
May 21, 2024 11:25Şəhid Prezident Ayətullah Seyid İbrahim Rəisinin və xidmət şəhidlərinin cənazəsi çərşənbə axşamı səhəri (21 may 2024) Təbriz camaatının iştirakı ilə Şuhəda meydanı və ətraf küçələrdə müşayiət edilib.
-
İranın Rəhbərlik Ekspertlər Məclisinin altıncı sessiyasının açılışında Rəisinin boş qalmış yeri
May 21, 2024 11:21Rəhbərlik Ekspertlər Məclisinin altıncı sessiyasının açılış mərasimi çərşənbə axşamı səhər (21 may 2024) İslam Şurası Məclisinin köhnə binasında Ali Rəhbər Ayətullah Xameneinin müraciətinin oxunması ilə keçirildi. Höccətül-İslam Rəisi və Ayətullah Ali-Haşim bu parlamentin nümayəndələri arasında idilər.
-
Rusiya helikopter aviaqəzasının təhqiqatında iştirak etməyə hazır olduğunu elan edib
May 21, 2024 11:19Rusiya Təhlükəsizlik Şurasının katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinə başsağlığı məktubunda rəsmi Moskvanın İran prezidenti və digər şəxslərin helikopterinin qəzaya uğramasının təfərrüatları və səbəblərini araşdırmaqda kömək etməyə hazır olduğunu bildirib.
-
Azadi qülləsində xidmət şəhidlərinin video xəritəsi əks etdirilib
May 21, 2024 11:13Bazar ertəsi günü axşam (20 may 2024-cü il) Tehrandakı Azadi Qülləsi üzərində xidmət şəhidlərinin xatirəsinə həsr olunmuş video xəritə (təsvir) əks etdirilib.
-
Xübreqan Məclisinin altıncı çağırışının işə başlaması münasibətilə İnqilab Rəhbərinin müraciəti
May 21, 2024 11:00İslam İnqilabının Böyük Rəhbəri Rəhbərlik Xübreqanı Məclisini islami demokratiyanın simvolu adlandırıblar.
-
Şəhid Hüseyn Əmir Abdullahiyan
May 21, 2024 10:35Hüseyn Əmir Abdullahiyan 13-cü hökumətdə Xarici İşlər naziri idi. Hüseyn Əmir Abdullahiyan bazar günü (19 may) Prezident Seyid İbrahim Rəisi, Təbrizin imam cüməsi Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin mühafizə qrupunun rəhbəri Seyid Məhdi Musəvi, pilotlar və uçuş heyəti ilə birlikdə Xudafərin bəndindən Təbriz Neft Emalı Zavoduna qayıdarkən Şərqi Azərbaycan vilayətinin Vərziqan bölgəsində helikopter qəzasında şəhid oldu.
-
İran səfiri Prezidentin və Xarici İşlər nazirinin şəhid olmasının ardınca Təhlükəsizlik Şurası və BMT Baş katibinə məktub ünvanlayıb
May 20, 2024 19:02İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Prezident Ayətullah Rəisi və Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın şəhid olmasının ardınca Təhlükəsizlik Şurasına və BMT Baş katibinə ünvanladığı məktubda bildirib: “İran xalqı bu faciəvi itki ilə bağlı matəmdə ikən İran İslam Respublikasının Konstitusiyasına əsaslanaraq, Prezidentin olmadığı vaxtlarda ölkənin işlərini düzgün idarə etmək üçün hökumət tərəfindən lazımi tədbirlər görülür.”
-
Təbrizin dini heyətləri mərhum imam cümənin evinin qarşısında toplaşıb - Video
May 20, 2024 13:28Təbrizin müxtəlif məhəllələri və məscidlərindən olan dini heyət və qruplar şəhid imam cümə Ayətullah Seyid Məhəmmədəli Ali-Haşimin mənzilinin qarşısına toplaşıblar.
-
Xidmət şəhidlərinin seyidi
May 20, 2024 13:18Ölkə prezidentinin şəhadəti münasibətilə idman əhalisi və federasiyalarI başsağlığı mesajları veriblər.
-
İran Prezidentinin qəzaya uğrayan helikopterinin bütün sərnişinlərinin cəsədlərinin şəxsiyyəti müəyyən edilib
May 20, 2024 13:02Ölkənin Böhran İdarəçiliyi Təşkilatının sədri Prezidentin helikopterinin sərnişinlərinin cəsədlərinin müəyyən edilə biləcək vəziyyətdə olduğunu açıqlayaraq deyib: “Şəhidlər üzərində DNT testi aparmağa ehtiyac yoxdur.”