Mart 17, 2024 14:46 Asia/Baku
  • Zaxarova: Ermənistan Qərb ssenarilərinə aldanmamalıdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, Ermənistanın məsuliyyətdən yayınmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gizlənməsinə ehtiyac yoxdur.

 

Mariya Zaxarova RİA Novosti-yə müsahibəsində deyib: “Ermənistanın KTMT-dən mümkün çıxışı ölkənin real ehtiyaclarına əsaslanmalıdır. Bu qərar respublikanın ilkin milli maraqlarına uyğun gəlmir və Brüsseldə haradasa hazırlanıb”.

Diplomat qeyd edib ki, rəsmi İrəvan Qərb ssenarilərinə aldanılmamalıdır.

Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan demişdi: “KTMT-nin nümayəndələri İrəvanın qaldırdığı suallara cavab verməsə, Ermənistan rəsmi şəkildə bu təşkilatdan çıxacaq”.

O həmçinin vurğulamışdı ki, İrəvan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyi hədəfləyib.

Teqlər