Ərdoğan ABŞ-a səfər edəcək
Apr 06, 2025 17:37 Asia/Baku
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk məhsullarına tətbiq edilən rüsumları müzakirə etmək üçün may ayında ABŞ-a səfər etməyi planlaşdırır.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp yeni idxal rüsumları sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiyaya qarşı heç bir rüsum tətbiq edilməyib.
Teqlər