Sionist İsrailin İrana qarşı hərbi təcavüzünün ortaya çıxardığı reallıqlar;
İran niyə müharibənin qalib tərəfi hesab olunur?
Vampir İsrail rejiminin iyunun 13-də İran İslam Respublikasına qarşı başlatdığı hərbi təcavüzü, əsasən, strateji, siyasi və texnoloji məqsədləri hədəfləyirdi: nüvə proqramını ləngitmək, komandirləri qətlə yetirməklə silahlı qüvvələri zəiflətmək İranın regional nüfuzunu sarsıtmaq və hakimiyyəti devirmək. Lakin bu hücum bir neçə əsas səbəbdən uğursuzluğa düçar oldu:İranın hərbi-strateji planlaması, xüsusilə PUA, raket və radioelektron müharibə sahəsində güclü infrastrukturunu işə salması sionist İsrailin sürətli zərbə planlarını pozdu.İkincisi, İsrailin hücumu beynəlxalq hüquqa zidd olaraq qiymətləndirildi və çoxsaylı dövlətlər, o cümlədən BMT və Rusiya, ABŞ-a belə təzyiq göstərərək gərginliyin azaldılmasını tələb etdilər.Üçüncüsü, İsrail cəmiyyətində, xüsusən mülki əhali arasında sığınacaqlara qaçış və gündəlik həyatın iflic olması Tel-Əviv rəhbərliyinə daxili təzyiqləri artırdı.Dördüncüsü, Dəmir Qübbə və ən modern digər havadan müdafiə sistemləri İranın eyni vaxtda buraxdığı çoxsaylı raketlər qarşısında tam effektiv olmadı və rejimin strateji obyektlərinə zərbə dəydi.Nəticə etibarilə, İsrailin "tez qələbə" planı fiaskoya uğradı və İranın mövqeyi zəifləmək əvəzinə regionda daha da möhkəmləndi.Burada İsrail rejiminin 12 günlük müharibədə iqtisadi itkilərinin miqyası da diqqət çəkir.12 günlük müharibə İsrail iqtisadiyyatına ağır zərbə vurdu və bir çox sektorda ciddi itkilərə səbəb oldu. Əsas iqtisadi nəticələr belədir:Təl-Əviv birjası müharibə günlərində 6-9 faiz arası dəyər itirdi. Xüsusilə müdafiə, nəqliyyat və turizm sektoru ağır zərbə aldı.Onlarla sənaye zavodu və logistika mərkəzi, xüsusilə Aşkelon və Dimona ətrafında raket hücumlarına məruz qaldı. Zərərin dəyəri 5 milyard dollar civarında qiymətləndirilir.Tel-Əviv hava limanının bağlanması və beynəlxalq reyslərin ləğvi nəticəsində təxminən 800 milyon dollarlıq itki qeydə alındı.Digər tərəfdən sionist rejim ordusu 12 gün ərzində təxminən 2.5 milyard dollarlıq əlavə xərclə qarşılaşdı.Bu itkilər, ümumilikdə, 12 günlük müharibənin İsrailə 10 milyard dollardan çox iqtisadi zərər vurduğunu göstərir ki, bu da onun üçün böyük iqtisadi sarsıntıdır.Bu arada müharibə əsnasında qardaş Türkiyə xalqının İrana dəstəyi və İsrail rejimini qınaması diqqət çəkən mövzular sırasındadır.12 günlük müharibə dövründə Türkiyə ictimaiyyəti və siyasi mühiti İsrailin hərəkətlərinə qarşı sərt mövqe sərgilədi və İranın cavabını haqlı hesab etdi. Bu münasibətin əsas elementləri bunlardır: İstanbul, Ankara və digər şəhərlərdə on minlərlə insanın iştirakı ilə mitinqlər keçirildi. İsrail bayraqları yandırıldı, “İran yalnız deyil”, “Qüds üçün dirəniş” şüarları səsləndirildi.Bununla yanaşı həm hakim Ədalət və İnkişaf Partiyası (AKP), həm də müxalifət partiyaları o cümlədən CHP, MHP, Saadet Partiyası və sairə İsrailin hərbi təcavüzünü pislədi. Prezident Ərdoğan isə bəyan etdi ki, “İsrail terror dövlətidir və İrana qarşı təcavüzün nəticələri olacaq”.Həmçinin Türkiyə mediasının böyük əksəriyyəti İran hərbi cavabını “qanuni müdafiə” kimi təqdim etdi. Ümumilikdə İranın Qüds və Fələstin məsələsindəki mövqeyi Türkiyə xalqı arasında simpatiya ilə qarşılanır. Sionizmin qarşısında dayanan bir ölkə olaraq İran dövləti və xalqı qəhrəman obrazına çevrilib.Əslində Türkiyə xalqının reaksiyası, bölgədə anti-sionist cəbhənin güclənməsində mühüm rol oynayır.Sonda sual olunur: bu müharibədə niyə İranı qalib tərəf saymaq lazımdır?
Cavabı aydındır: 12 günlük İran–İsrail qarşıdurmasında hərbi, siyasi, psixoloji və regional nəticələrə baxdıqda, İranın qalib tərəf kimi çıxış etməsi üçün bir neçə mühüm və obyektiv əsas var:1. İran bu müharibəyə məcbur qalmış cavab verən tərəf idi. Lakin nəticədə onun nüvə proqramı davam edir.İran İsrailin qırmızı xətlərini keçərək, birbaşa və açıq şəkildə rejimə yüzlərlə raket və PUA ilə zərbə endirdi.2. Hərbi cəbhədə effektivlik və texnoloji üstünlük göstərdi və İsrailin Dəmir Qübbə sistemini aşmağı bacardı.Eyni vaxtda PUA, raket və manevrli hücumlar göstərdi ki, İranın texnoloji hərbi gücü artıq regional güclərlə müqayisə olunmayacaq səviyyədədir.Bu, həm də hərbi peşə karlığın göstəricisidir.3. İsrailin təhlükəsizlik imici sarsıldı, sioniatlər arasında panika və güvən boşluğu yarandı. İran isə öz xalqını birləşdirə bildi, kütlələr “milli müqavimət” ideyası ətrafında toplandı.4. Bir çox ölkə İranın cavab haqqını tanıdı. Bundan əlavə Qərb dünyasında belə, bir çox insan İranın mövqeyini haqlı hesab etdi – bu, İranın yumşaq gücünün artması deməkdir.Nəticə etibarı ilə bu qarşıdurma geosiyasi nüfuzun sınağı, ictimai təsirin ölçüsü və regional balansların dəyişməsi müharibəsi idi. Bu çərçivədə İran Müdafiə olundu. Hücum etdi. Cavab verdi. Xunta rejimini strateji, hərbi və psixoloji baxımdan sarsıtdı və Öz mövqeyini regionda və dünyada möhkəmlətməyi bacardı. Buna görə qalib tərəf kimi qiymətləndirilir.