Ənsarullah: İsrailin cinayətləri qarşısında susmaq Qəzzədə soyqırıma şərik olmaq deməkdir
https://parstoday.ir/azeri/news/west_asia-i12046
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu yaydığı bəyanatda Qəzza zolağındakı vəziyyətlə bağlı ərəb ölkələrini və beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb. Bəyanatda bildirilib ki, sionist rejimin cinayətləri qarşısında səssizlik Qəzzə xalqına qarşı törədilən soyqırımda iştirakla bərabərdir.
(last modified 2025-07-26T06:22:36+00:00 )
İyul 23, 2025 23:20 Asia/Baku
  • Ənsarullah: İsrailin cinayətləri qarşısında susmaq Qəzzədə soyqırıma şərik olmaq deməkdir

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu yaydığı bəyanatda Qəzza zolağındakı vəziyyətlə bağlı ərəb ölkələrini və beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb. Bəyanatda bildirilib ki, sionist rejimin cinayətləri qarşısında səssizlik Qəzzə xalqına qarşı törədilən soyqırımda iştirakla bərabərdir.

 

Bəyanatın davamında deyilir: “Qəzzə xalqı dünyanın gözü qarşısında düşmən İsrailin mühasirəsində can verir. Sistematik aclıq və 21 aydan çox davam edən soyqırım müharibəsi göstərdi ki, vəhşilik, barbarlıq, zülm və cinayət ABŞ və onun kuklası olan İsrailin əsas xüsusiyyətləridir.”