Trampın nümayəndəsi Rusiyaya gedir
https://parstoday.ir/azeri/news/world-i12148
Uitkoff sionistlərlə görüşdən sonra Moskvaya yola düşür.
(last modified 2025-08-03T04:50:05+00:00 )
Avq 03, 2025 08:50 Asia/Baku
  • Trampın nümayəndəsi Rusiyaya gedir

Uitkoff sionistlərlə görüşdən sonra Moskvaya yola düşür.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə sonu Rusiyaya səfər edəcək.

bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NBC-yə müsahibəsində danışıb.

O qeyd edib ki, Uitkoffun bu səfəri ilə Rusiya-Ukrayna münaqişəsində irəliləyiş əldə edilə bilər.

Uitkoff əvvəllər də bir neçə dəfə Rusiyaya səfər edib və ölkə prezidenti Vladimir Putin tərəfindən qarşılanıb.

Qeyd edək ki, Uitkoff avqustun 1-də işğal olunmuş ərazilərə və Qəzza zolağına səfər edib.

ABŞ prezidentinin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Qəzza zolağına səfəri zamanı iddia edib ki, O, Qəzzaya yardımın çatdırılmasını asanlaşdırmaq, oradakı vəziyyəti daha yaxşı başa düşmək və bununla bağlı plan hazırlamaq üçün bu zolaqda beş saatdan çox vaxt sərf edib.

Amerika rəsmilərinin iddialarına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı may ayının sonundan Qəzzada ərzaq yardımı almağa çalışarkən 1300-dən çox fələstinlinin öldürüldüyünü açıqlayıb.