Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb
https://parstoday.ir/azeri/news/world-i14130-köçəryan_korrupsiyaya_qarşı_mübarizə_komitəsinə_aparılıb
Mənbələrin məlumatına görə, vergi xidməti Köçəryan ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. “Orange Fitness” idman kompleksində də istintaq hərəkətləri aparılır
(last modified 2026-08-25T09:07:08+00:00 )
Avq 25, 2026 13:04 Asia/Baku
  • Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Mənbələrin məlumatına görə, vergi xidməti Köçəryan ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. “Orange Fitness” idman kompleksində də istintaq hərəkətləri aparılır

.

 

Bu barədə "Sputnik Ermənistan"a “Ermənistan” blokundan olan deputat Aqnessa Xamoyan bildirib.

 

Onun sözlərinə görə, sabiq prezidentin və kiçik oğlu Levon Köçəryanın evində, həmçinin ailəyə məxsus bir sıra obyektlərdə axtarışlar aparılıb.

 

Keçmiş prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan onun saxlanıldığını təsdiqləyib.

 

Mənbələrin məlumatına görə, vergi xidməti Köçəryan ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. “Orange Fitness” idman kompleksində də istintaq hərəkətləri aparılır.

 

Bir gün əvvəl Levon Köçəryanla Baş nazir Nikol Paşinyan parlamentdə sözlü mübahisə edib. Paşinyan deputatın bütün əmlakını əlindən alacağını və onun həmin əmlakı uşaqlarına və nəvələrinə miras qoymasının mümkün olmayacağını bildirib.