Şeyx Naim Qasim:
Biz heç vaxt təslim olmayacağıq/Düşmənin layihəsini darmadağın etdik
Hizbullahın baş katibi vurğuladı ki, Fələstin məsələsi İslam, Ərəb, Milli və Bəşəri məsələdir və İslam millətinin vəhdət mehvəri olmalıdır.
Şeyx Naim Qasım: Fələstin İslam ümmətinin birliyinin əsas mehvəri olmalıdır
Hizbullahın baş katibi Şeyx Naim Qasım Həzrət Məhəmməd Peyğəmbərin (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü və Vəhdət Həftəsi münasibətilə çıxışında müsəlmanlar arasında birliyin gücləndirilməsinin və daxili ixtilafların qarşısının alınmasının vacibliyini vurğulayıb.
O bildirib ki, arzuolunan İslam birliyi müsəlmanların qüdrətinin və təhlükəsizliyinin təmin olunmasına, eləcə də xüsusilə dövlətlər və xalqlar arasında inkişaf və əməkdaşlığın güclənməsinə gətirib çıxarmalıdır.
Hizbullahın baş katibi qeyd edib ki, İslam birliyi İslam ümmətinin asılılıqdan və özünəinamın itirilməsindən xilas olması, həmçinin fitnələrə və dini, məzhəbi və siyasi maneələrə qarşı mübarizə aparması istiqamətində olmalıdır.
Şeyx Naim Qasım vurğulayıb ki, İslam birliyi ümmətin həqiqi düşməninə qarşı yönəlmək və daxili qarşıdurmalardan uzaqlaşmaq deməkdir.
O, İslam birliyinin iki mühüm nəticəsinin olduğunu bildirib: “Birinci nəticə odur ki, fitnələrin qarşısını almaq üçün bir olmalıyıq və bu birliyi milli və insani həmrəyliyə qədər genişləndirməliyik.”
Hizbullahın baş katibi ikinci nəticənin isə bütün regionun gələcəyini müəyyən edən əsas məsələ — Fələstin ətrafında birlik və həmrəyliyin təmin edilməsi olduğunu deyib.
Şeyx Naim Qasım bildirib ki, Fələstin məsələsi məzhəbi məsələ deyil, İslami, milli, ərəb-milli və humanitar məsələdir. Onun sözlərinə görə, Fələstin məsələsi İslam ümmətinin birliyinin əsas mehvərinə çevrilməlidir.
O, ərəb və İslam ölkələrini, eləcə də onların xalqlarını birliyə çağıraraq bildirib ki, onlar düşmənlərin regiona müdaxiləsi və qardaşlarının üzləşdiyi əzab-əziyyət qarşısında tamaşaçı mövqeyində qalmamalıdırlar.
Hizbullahın baş katibi sonda vurğulayıb: “Artıq regionumuzun ölkələri arasında qarşılıqlı anlaşma yolu ilə təhlükəsiz bir məkana çevrilməsinin və hegemonluğa son qoyulmasının vaxtı çatıb.”