Qəzzədə 31 məscidi tam şəkildə dağıdılıb
(last modified Mon, 23 Oct 2023 10:05:04 GMT )
Okt 23, 2023 14:05 Asia/Baku
  • Qəzzədə 31 məscidi tam şəkildə dağıdılıb

Terrorçu İsrail rejiminin Qəzzə zolağına qarşı bombardmanları nəticəsində 31 məscid tamamilə dağılıb.

 

Qəzzədəki Vəqf Nazirliyi məlumat yayaraq bildirib ki, bu sayda məscid 7 oktyabrdan bəri gedən müharibədə viran edilib.

Sosial şəbəkə istifadəçiləri qaniçən İsrail rejiminin vandallığını ermənilərin işğal zamanı Qarabağ və ətraf rayonlardakı vandallığı ilə müqayisə edir, işğalçıların oxşar xislətə malik olduqlarını deyirlər.

Ötən əsrin 90-cı illərində ermənilər Azərbaycan müsəlmanlarının 67 məscidini və 192 ziyarətgahını yerlə yeksan etmişlər.

Xatırladaq ki, İsrail rejimi məscid və ibadət yerləri, xəstəxana və yaşayış binalarına fərqi qoymadan, beynəlxalq hüquqla vurulması qadağan olan obyektləri belə hədəfə almaqdan çəkinmir. Bu qısa müddət ərzində qətlə yetirilən dinc və günahsız fələstinlilərin sayı 4600-ü keçib, 14000-dən çox insan yaralanıb. Qətlə yetirilənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

İsrailin dağıtdığı məscidlərin son sayı

Ana səhifə Planet         12 Punto 14 Punto 16 Punto 18 Punto

7 oktyabrda HƏMAS-ın hücumundan sonra İsrail ordusunun Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində dağılan məscidlərin sayı 31-ə qalxıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” Qəzza rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilib ki, sin hücumda daha 5 məscid dağılıb və beləliklə, dağılan məscidlərin sayı 31-ə çatıb.

Qeyd edək ki, İsrail HƏMAS-ın məscidlərdən baza kimi istifadə etdiyi üçün dini ocaqların vurulduğunu bildirib.

Teqlər