Fələstinli mübarizlərin dirənişi nəticə verir
(last modified Mon, 06 Nov 2023 10:42:20 GMT )
Noy 06, 2023 14:42 Asia/Baku
  • Fələstinli mübarizlərin dirənişi nəticə verir

Sionit rejim ordusu Qəzzədə geri çəkildi

 

Qaniçən sionist İsrail rejiminin ordusu - ÇAXAL - Qəzzə zolağında nəzarətinə götürdüyü müəyyən ərazilərdən geri çəkilib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Belə ki, ÇAXAL qüvvələri Qəzzənin şimal-qərbindəki Əl-Məqusi bölgəsindən anklavın ən şimal zonası Beyt-Lahiyadakı Amerikan Məktəbi ərazisinə doğru geri çəkilib.

Ordu birliklərinin iki kilometrə qədər geri çəkildiyi bildirilir. Bununla da İsrail texnikaları 27 oktyabrda quru əməliyyatına başladığı nöqtəyə qayıtmağa məcbur olub.

İsrailin geri çəkilməsinə səbəb kimi İzzəddin Əl-Qəssam Briqadasının intensiv hücumları və müqavimət əməliyyatları göstərilir.

Teqlər