Ərdoğan: Putin taxıl müqaviləsinin uzadılmasına razılıq verib
https://parstoday.ir/azeri/news/world-i1052-Ərdoğan_putin_taxıl_müqaviləsinin_uzadılmasına_razılıq_verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Rusiya prezidenti Vladimir Putinin taxıl müqavilənin uzadılmasına razı olduğunu açıqlayıb
(last modified 2023-07-15T05:08:47+00:00 )
İyul 15, 2023 06:47 Asia/Baku
  • Ərdoğan: Putin taxıl müqaviləsinin uzadılmasına razılıq verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Rusiya prezidenti Vladimir Putinin taxıl müqavilənin uzadılmasına razı olduğunu açıqlayıb

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Bu müqavilənin müddəti ilkin olaraq 120 gün hesab olunurdu, bu müddət ötən ilin noyabrında eyni müddətə uzadılıb. 2023-cü il martın 18-də Rusiya  müqavilənin daha 60 gün uzadıldığını elan etdi.

Ötən ay Rusiya yenidən Qara dəniz taxıl sazişinin müddətinin iki ay uzadılmasına razılıq verib, lakin xəbərdarlıq edib ki, Rusiya gübrələri və taxıllarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı razılıq əldə olunmasa, bu təşəbbüs dayandırılacaq.

“Reuters”in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib: Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan razılaşma iyulun 17-dən uzadılsın.

“Reuters”  cümə axşamı Aİ rəsmisinə istinadən bildirib ki, Avropa Komissiyası, Türkiyə və BMT taxıl sazişini uzatmağa çalışır və bütün mövcud variantları araşdırır.

Rusiya və Ukrayna dünyada iki əsas taxıl istehsal edən ölkələrdir.