Sərdar Azmun BƏƏ Premyer Liqasının “Qızıl top”unu qazandı
Avq 10, 2025 18:38 Asia/Baku
İran millisinin hücumçusu Sərdar Azmun, Şəbab əl-Əhli klubundakı uğurlu çıxışı ilə BƏƏ Premyer Liqasının 2024/25 mövsümündə “ən dəyərli oyunçu” seçilərək “Qızıl top” mükafatına layiq görülüb
Ötən mövsüm liqanın ən yaxşıları Dubayda keçirilən xüsusi mərasimdə elan olunub. Çempion Şəbab əl-Əhlinin heyətində çıxış edən Azmun, 21 liqa oyununda 11 qol və 6 məhsuldar ötürmə ilə komandaya böyük töhfə verib.Ümumilikdə isə iranlı forvard mövsüm ərzində bütün turnirlərdə 39 matçda 26 qol vurub və 10 qolun ötürməsini edib.
Teqlər