Rusiya səfiri:
NATO Moskvanın milli təhlükəsizliyi üçün təhdid mənbəyidir
Rusiyanın Belçikadakı səfiri Denis Qonçar bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hələ də Rusiyaya strateji məğlubiyyət yaşatmaq arzusundadır. O vurğulayıb ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi NATO-nu ölkənin milli təhlükəsizliyinə təhdid mənbəyi hesab edir.
Pärs Today-in RİA Novosti xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qonçar müsahibə zamanı bildirib ki, NATO Ukrayna ordusunu müasir silahlarla təchiz etməklə və hədəflərin müəyyənləşdirilməsi prosesində iştirak etməklə Rusiyaya qarşı müharibəyə getdikcə daha çox cəlb olunur.
O əlavə edib ki, bu hərbi ittifaqın bəzi üzv ölkələri hətta Ukraynanın terror hücumları həyata keçirməsi üçün öz ərazilərini, hava və dəniz məkanlarını təqdim etməyə hazırdır.
Rusiyanın Belçikadakı səfiri qeyd edib ki, Rusiya bu təhdidlərin qarşısını almaq üçün bütün zəruri siyasi, hərbi, kəşfiyyat və digər tədbirlərdən istifadə edəcək.
Rusiya diplomatı vurğulayıb: Bütün bu terror aktları Rusiya cəmiyyətinin birliyini sarsıda bilməz və döyüş cəbhəsindəki vəziyyətə də heç bir təsir göstərmir.