NATO Kalininqradın mühasirəyə alınması ssenarilərini məşq edir
https://parstoday.ir/azeri/news/world-i14528-nato_kalininqradın_mühasirəyə_alınması_ssenarilərini_məşq_edir
Rusiyanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib ki, NATO-ya üzv ölkələr Kalininqrad vilayətinin mühasirəyə alınması və Rusiyanın Baltik dənizindəki limanlarının təcrid olunması ssenarilərini məşq edirlər. O, Moskvanın Kalininqradın müdafiəsi üçün bütün zəruri tədbirləri görəcəyini bəyan edib
(last modified 2026-10-01T15:22:15+00:00 )
Okt 01, 2026 19:20 Asia/Baku
  •   NATO Kalininqradın mühasirəyə alınması ssenarilərini məşq edir

Rusiyanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib ki, NATO-ya üzv ölkələr Kalininqrad vilayətinin mühasirəyə alınması və Rusiyanın Baltik dənizindəki limanlarının təcrid olunması ssenarilərini məşq edirlər. O, Moskvanın Kalininqradın müdafiəsi üçün bütün zəruri tədbirləri görəcəyini bəyan edib

 

 Rusiya rəsmisi Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələri Rusiyanın Baltik dənizində yerləşən Kalininqrad vilayətini mühasirəyə almağa yönəlmiş cəhdlərinə görə xəbərdarlıq edib.

 

Rusiyanın ATƏT-in Vyanadakı hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarındakı nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova ATƏT-in iclasında bildirib: Baltik dənizində NATO-ya üzv ölkələr Kalininqrad vilayətinin mühasirəyə alınması, eləcə də Rusiyanın şimal-qərbində yerləşən limanlarının, o cümlədən Sankt-Peterburqun hərbi-siyasi təcrid edilməsi ssenarilərini məşq edirlər.

​

O, Qara dənizin güclər arasında qarşıdurma üçün tammiqyaslı məkana çevrildiyini bildirərək əlavə edib: Avropa hazırda Ukrayna böhranının həllinə mane olmaq üçün hər şeyi edir. Avropa ölkələri Rusiyadan qaynaqlanan xəyali təhlükə barədə təsəvvür formalaşdıraraq öz vətəndaşlarını Rusiya ilə müharibəyə hazırlaşmağın zəruriliyinə inandırırlar.

​

Rusiya rəsmisi deyib: NATO Kalininqradın hərbi-siyasi təcridinə dair konkret ssenarilər hazırlayır və biz bu bölgənin müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyik.

​

Jdanova bu məsələni Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Kalininqrad sərhədləri yaxınlığında NATO təlimlərinin daha fəal keçirilməsi ilə bağlı açıqlamaları ilə əlaqələndirib və Polşa nümayəndə heyətindən bu açıqlamaların ATƏT-ə üzv ölkələrin hərbi risklərin azaldılması sahəsində öhdəliklərinə uyğunluğu barədə izahat tələb edib.