Sen 17, 2023 17:36 Asia/Baku
  • Şoyqu Kim Çen In-la görüşüb

Rusiya müdafiə naziri və Şimali Koreya lideri Rusiyanın cənub-şərqində yerləşən Vladivostok şəhərində görüşüblər.

Sergey Şoyqu və Kim Çen In bu görüşdə hərbi əməkdaşlıqlar, beynəlxalq məsələlər və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı mübadilə barədə məşvərət ediblər.

Rusiya müdafiə naziri və Şimali Koreya lideri bu görüşdə milli təhlükəsizlik və müdafiə sahələrində həmkarlıq,/ strateji və taktiki koordinasiyaların daha da gücləndirilməsi sahəsində də söhbət ediblər.

Şimali Koreya rəhbəri dörd ildən sonra özünün ilk xarici səfərində ötən həftənin çərşənbə axşamı günü Rusiyaya daxil oldu. O, Rusiya prezidenti Vladimir Putinlə görüşüb, onunla əməkdaşlıqlar səviyyəsinin yüksəldilməsi barədə söhbət edibdir.